BAKI. TurkicWorld:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmənin Baş naziri, xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Şaya Mohsin Zindani ilə görüşüb.
Bu barədə TurkicWorld-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər siyasi dialoq və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.
Həmçinin, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.







