Son dəqiqə

Ceyhun Bayramov Ararat Mirzoyan Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh prosesi Azərbaycan-Ermənistan

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı aparılıb

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Mövzuya görə xəbərlər