Son dəqiqə

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri

Bakı və Abşeronda PUA-larla təlim uçuşları keçiriləcək

Bakı. TurkicWorld

2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Mövzuya görə xəbərlər