Son dəqiqə

Azərbaycan Türkiyə Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Hakan Fidan

Bayramov və Fidan Səudiyyədə görüşdü

BAKI,TurkicWorld

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək, mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər