Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA)

Xaçmazda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı qeyd olunub

BAKI, TurkicWorld

Xaçmaz rayonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının peşə bayramı günü təntənəli şəkildə qeyd olunub.

Tədbir iştirakçıları öncə Xaçmaz şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Agentliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində yeni uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin maddi-texniki bazası xeyli gücləndirilib. Terror-təxribat cəhdlərinin qarşısının alınması və əməkdaşların peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülüb. Hazırda ölkəmizdə strateji obyektlərin, xüsusilə ixrac boru kəmərlərinin mühafizəsi və təhlükəsizliyi tam təmin olunur.

Digər çıxış edənlər də SOMDA əməkdaşlarına səmimi təbriklərini çatdırıblar.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Mövzuya görə xəbərlər