Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi bərpa işlərində əsas maneələrdən biridir - Xüsusi nümayəndə

Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi bərpa işlərində əsas maneələrdən biridir - Xüsusi nümayəndə

İşğaldan azad edilmiş ərazilərin ermənilər tərəfindən minalarla çirkləndirilməsi bərpa və yenidənqurma işləri zamanı qarşılaşdığımız əsas maneələrdən biridir.

Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Ermənistan beynəlxalq təzyiq altında bəzi minalanmış ərazilərin xəritələrini təqdim etsə də, bu xəritələrin praktiki faydası kifayət qədər aşağı, 25 faiz olaraq qalır.

“Lakin Azərbaycan üzləşdiyi bütün çətinliklərə baxmayaraq, digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 13 faizini minalardan və partlamamış hərbi sursatlardan təmizləyərək minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdirir. Biz əraziləri minalardan təmizləməklə bərabər, yendənqurma və bərpa işlərinə də başladıq. Baza və sosial infrastrukturun inkişafı hazırda sürətlə davam edir”, - deyə o əlavə edib.