Son dəqiqə

Milli Məclis Müstəqil Dövlətlər Birliyi

Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya edəcək

BAKI, TurkicWorld

Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair Protokolu ratifikasiya edəcək.

TurkicWorld xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 17-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi plenar iclasda müzakirəyə çıxarılacaq.

Mövzuya görə xəbərlər