Son dəqiqə

Azərbaycan Fransa İran

Fransa Naxçıvan Hava Limanına İran dronlarının hücumunu pisləyib

BAKI,TurkicWorld

Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İran dronlarının hücumunu pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda qeyd olunur.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər