Son dəqiqə

Parisdə Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib Fransa paytaxtında Xocalı həqiqətləri tanıdılıb Notr-Dam yaxınlığında məlumatlandırıcı təşəbbüs Xocalı faciəsi barədə QR kodlu aksiya Azərbaycan diasporu Parisdə maarifləndirmə tədbiri keçirdi Turistlərə Xocalı soyqırımı haqqında məlumat verilib

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Fransanın paytaxtında Xocalı faciəsi ilə bağlı maarifləndirici təşəbbüs reallaşdırılıb.

TurkicWorld Azərbaycan Diaspor Gəncləri Təşkilatına istinadən xəbər verir ki, aksiya çərçivəsində Parisin tarixi məkanlarından olan Notr-Dam Kilsəsi və ətrafındakı Latın Məhəlləsində, həmçinin paytaxtın müxtəlif istiqamətlərini birləşdirən ictimai nəqliyyat vasitələrində Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı QR kodlar paylanıb.

Təşəbbüsün əsas məqsədi yerli sakinlərə və çoxsaylı turistlərə Xocalı soyqırımı barədə obyektiv və dolğun məlumatın çatdırılması olub. QR kodlar vasitəsilə maraqlanan şəxslər tarixi faktlar, foto və videomateriallar, eləcə də fransız dilində hazırlanmış informasiya resurslarına birbaşa çıxış əldə ediblər.

Təşkilatçılar bildiriblər ki, məlumatın rəqəmsal formatda təqdim edilməsi geniş auditoriyaya operativ və əlçatan çatdırılmasına şərait yaradıb. Aksiyanın turistlərin sıx toplaşdığı ərazilərdə keçirilməsi isə təşəbbüsün təsir dairəsini artıraraq müxtəlif millətlərdən olan insanların Xocalı həqiqətləri ilə tanış olmasına imkan verib.

Qeyd edilib ki, bu fəaliyyət Azərbaycan diasporunun xaricdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü maarifləndirmə işlərinin tərkib hissəsidir. Bu kimi təşəbbüslər həqiqətlərin beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırılmasına və informasiya mühitində obyektiv mövqenin möhkəmləndirilməsinə xidmət edir.