Son dəqiqə

ABŞ Prezidentindən son dəqiqə: İranla müzakirələrdə yeni mərhələ Tehran və Ər-Riyad arasında mühüm nüvə razılığı İran səfiri Səudiyyə Ərəbistanı ilə məsləhətləşmələri açıqladı Cenevrə danışıqlarında irəliləyiş: Regionda müharibə dayanacaqmı? Pezeşkian və Məhəmməd bin Salmanın regional sülh planı İranın nüvə danışıqlarında yeni mərhələ: Səudiyyə dəstəyi ABŞ və İran arasında gizli görüşlərin detalları bəlli oldu

Tehran və Ər-Riyad regionda müharibənin qarşısını almaq üçün həmrəydir - İran səfiri

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Tehran və Ər-Riyad regional təhlükəsizliyin təmin edilməsi və hərbi gərginlikdən qaçınmaq məsələsində vahid mövqedən çıxış edirlər.

TurkicWorld xəbər verir ki, İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza Enayati "Asharq Al-Awsat" nəşrinə müsahibəsində bildirib ki, rəsmi Tehran nüvə proqramı ətrafında ABŞ ilə apardığı danışıqlar barədə Körfəz ölkələrini, xüsusilə Səudiyyə Ərəbistanını mütəmadi məlumatlandırır. Səfir qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian və Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman regionda sülhün qorunmasının vacibliyini xüsusi vurğulayıblar.

Cenevrədə keçirilən nüvə danışıqlarının üçüncü raundu başa çatdıqdan sonra verilən bu bəyanat tərəflər arasında diplomatik kanalın aktivliyini göstərir. Omanın vasitəçiliyi ilə keçirilən görüşlərdə Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşner İranın xarici işlər naziri Abbas Araqçı ilə birbaşa və dolayı müzakirələr aparıblar. Müzakirələrin əsasını uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və qarşılıqlı öhdəliklər təşkil edib.

Səfir Enayati bildirib ki, Tehran danışıqlara tam ciddiyyətlə yanaşır və uranın müəyyən səviyyədə zənginləşdirilməsini İranın suveren hüququ hesab edir. Bununla yanaşı, o, İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha bəyan edib. Texniki qrupların gələn həftə Vyanada, Beynəlxalq Atom Enerjisi Agentliyinin qərargahında detallı araşdırmalara başlayacağı gözlənilir.

Diplomatik səylərin uğursuz olacağı təqdirdə bölgədə hərbi eskalasiya riskinin artacağı ilə bağlı narahatlıqlar mövcuddur. Lakin həm Tehran, həm də Ər-Riyad bu ssenaridən qaçmaq üçün dialoqun davam etdirilməsində maraqlıdırlar.

Səudiyyə Ərəbistanı və İran arasındakı bu koordinasiya regionun təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcı hesab olunur. Tehranın nüvə məsələsində qonşuları ilə məsləhətləşmələr aparması, Qərb ilə münasibətlərdə regional dəstəyi təmin etmək strategiyasına xidmət edir.

Mövzuya görə xəbərlər