Azərbaycan Ordusu zəfər yolunda düşmənə layiqli cavabı verdi - Hulusi Kılıç

Azərbaycan Ordusu zəfər yolunda düşmənə layiqli cavabı verdi - Hulusi Kılıç

Bakı. TurkicWorld:

İkinci Qarabağ Müharibəsinin başlamasının ikinci il tamam olur.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, Qarabağ Müharibə Cinayətləri Araşdırma Komissiyasının İdarə Heyətinin üzvü Hulusi Kılıç TurkicWorld-ə açıqlamasında bildirib.

Keçmiş səfir qeyd edib ki, iki il əvvəl, 27 sentyabr 44 günlük Vətən Müharibəsinin və 30 illik həsrətin sona çatmasının başlanğıcı oldu.

"İki il əvvəl müasir və çevik Azərbaycan Ordusu zəfər yoluna çıxdı. Azərbaycan Prezidenti İlham Əliyev bu yolda düşmənə layiqli cavabını verdi. Həmin gün Prezident, Xalq, Ordu "Dəmir Yumruq" kimi birləşdi. 27 sentyabrda bu birlik qəhrəmanlıq dastanı yazdı. 27 sentyabr çox müqəddəs bir gündür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onları dərin hörmət və ehtiramla yad edirik", - deyə H.Kılıç bildirib.