Son dəqiqə

Azərbaycan

Özbəkistan və Azərbaycanın Birgə İnvestisiya Fondu nizamnamə kapitalını artıra bilər - Səfir

Bakı. TurkicWorld:

Özbəkistan ilə Azərbaycanın Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar təşkil edir və gələcəkdə onun artırılması planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda "Özbəkistan – Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası" mövzusunda keçirilən dəyirmi masada bildirib.

"Hazırda biz həcmi azı 10 milyard dollar olan yeni investisiya paketinin formalaşdırılması astanasındayıq. Bu paket iqtisadiyyatın əsas sahələrini əhatə edəcək", – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, həm Özbəkistanda, həm də Azərbaycanda, eləcə də xarici bazarlarda investisiya fəaliyyətinin genişləndirilməsi üçün nəzərdə tutulan təxminən 20 prioritet istiqamət müəyyən edilib.

Mövzuya görə xəbərlər