Son dəqiqə

Azərbaycan Ermənistan Bakı İrəvan Azərbaycan-Ermənistan

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər

BAKI,TurkicWorld

Azərbaycan nümayəndə heyəti "Sülh naminə körpü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində iştirak etmək üçün Ermənistana gəlib.

TurkicWorld xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək delimitasiya vədemarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə gəlib.

Bu, iki ölkəarasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım olub.

13-14 fevral tarixlərində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. Görüşdə hər iki tərəfdən genişləndirilmiş nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.

Azərbaycan nümayəndə heyəti 19 nəfərlə təmsil olunur.

Müzakirələr çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə görüşündə təsdiqlənmiş sülh gündəliyindən irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçirəcəklər. Ayrı-ayrı sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olacaq.

Mövzuya görə xəbərlər