Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır

Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır

Bakı. TurkicWorld:

Erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır.

Səfir həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.