İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə səfir namizədliyini təsdiqləyib

İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə səfir namizədliyini təsdiqləyib

Bakı. TurkicWorld:

İsrail Xarici İşlər Nazirliyinin Təyinatlar Komitəsi Ankara səfirliyinin müşaviri İrit Lillianın Türkiyəyə səfir təyin edilməsinə qərar verib.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi bildirib.

Təyinat “hökumətin təsdiq edilməsi şərti ilə” qüvvəyə minəcək.

Qeyd edək ki, avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa etmək və səfir təyin etmək qərarına gəliblər.