Belçikalı yardım işçisi İsrailin hücumu nəticəsində həyatını itirib

Belçikalı yardım işçisi İsrailin hücumu nəticəsində həyatını itirib

Bakı. TurkicWorld:

Belçikalı yardım işçisi Abdallah Nabhan və onun yeddi yaşlı oğlu İsrailin Qəzzaya hücumu nəticəsində həyatını itirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Belçikanın İnkişaf üzrə Əməkdaşlıq naziri Karolin Gennez açıqlayıb.

"Qəzzadakı bütün digər Enabel işçiləri kimi Abdullah da aylar əvvəl İsrail səlahiyyətlilərinə təqdim edilən "Qəzzanı tərk etmək hüququ olan şəxslər" siyahısında idi. Hazırda Qəzzada qalan yeddi işçimiz var”, - deyə o bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01