Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Marko Rubio ABŞ Azərbaycan münasibətləri Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq 8 avqust Vaşinqton Sülh Sammiti Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP)

Ceyhun Bayramov Marko Rubio ilə telefonda Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasını müzakirə etdi

BAKI, TurkicWorld

19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər