Son dəqiqə

Sih Federasyonu Hindistan’daki azınlıklar için uyardı Maninder Singh: Sömürge mirası baskıyı artırıyor Hindistan’da dini ve etnik azınlıklara şiddet sürüyor Siqh Federasiyası Hindistanda azlıqların gələcəyi ilə bağlı xəbərdarlıq etdi Maninder Siqh: Müstəmləkə irsi repressiyaları dərinləşdirir Hindistanda dini və etnik azlıqlara qarşı zorakılıq davam edir Bakıda Hindistanın azlıqlara siyasəti sərt tənqid olundu Siqh lideri məhkəməsiz edamlar barədə danışdı Hindistanda azlıqlara qarşı repressiyalar beynəlxalq gündəmdə

Hindistanda müstəmləkə irsi azlıqların gələcəyi üçün ciddi təhlükə yaradır - Siqh Federasiyası

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Hindistanda dini və etnik azlıqların üzləşdiyi sistemli repressiyalar beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.

TurkicWorld xəbər verir ki, Siqh Federasiyasının sədri Bual Maninder Siqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Hindistanın müstəmləkə dövründən miras qalmış idarəçilik yanaşmaları bu gün də xristianlar, müsəlmanlar, dalitlər, siqhlər və digər dini-etnik qrupların gələcəyi üçün ciddi təhlükə yaradır.

Maninder Siqh qeyd edib ki, ölkədə milli azlıqlara qarşı qanunsuz həbslər, məhkəmə qərarları olmadan həyata keçirilən edamlar, məcburi yoxa çıxmalar, qadınlara qarşı cinsi zorakılıq halları və mülki şəxslərə qarşı hücumlar mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, bu hallar təsadüfi deyil və onilliklər ərzində davam edən dövlət siyasətinin nəticəsidir.

Siqh Federasiyasının sədri vurğulayıb ki, sözügedən faktlar Hindistan dövlətinin azlıqlara qarşı sərt və sistemli repressiya siyasətinin bariz nümunəsidir. O bildirib ki, bu yanaşma yalnız insan hüquqlarının pozulmasına deyil, eyni zamanda cəmiyyət daxilində dərin sosial parçalanmaya və uzunmüddətli sabitliyin pozulmasına səbəb olur.

Maninder Siqh beynəlxalq ictimaiyyəti Hindistanda milli azlıqların üzləşdiyi real vəziyyətə biganə qalmamağa çağırıb və baş verən hüquq pozuntularının beynəlxalq mexanizmlər çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb.