Son dəqiqə

Rameş Singh Arora: Milli azlıqların hüquqları cavabsız qalır Pəncab naziri Hindistanda azlıqlara qarşı ayrı-seçkini tənqid etdi Bakıda milli azlıqların problemləri ilə bağlı sərt açıqlama Arora: İnklüzivlik və dil hüquqları təmin edilmir Hindistanda azlıqlarla bağlı gərginliyin tarixi kökləri Milli azlıqların siyasi tanınması yenidən gündəmdə

Milli azlıqların hüquqları ilə bağlı tələblər uzun illərdir cavabsız qalır - Rameş Singh Arora

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Pəncab əyalətinin milli azlıqlar üzrə naziri Rameş Singh Arora Hindistanda milli azlıqların üzləşdiyi sistemli problemlərə diqqət çəkib.

TurkicWorld xəbər verir ki, Rameş Singh Arora yanvarın 16-da Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, 1978-ci ildə əsası qoyulmuş icma fəaliyyətini ayrı-seçkiliyə qarşı mübarizə və dini bərabərliyin müdafiəsi prinsipləri üzərində qurub. Onun sözlərinə görə, bu yanaşma hakimiyyət, güc və səlahiyyət anlayışlarına alternativ baxış formalaşdıraraq dostluq və həmrəylik ideyalarını ön plana çıxarıb.

Nazir qeyd edib ki, hazırda sözügedən icma rəsmi statistikaya əsasən ümumi əhalinin təxminən 1,7–2 faizini təşkil edir. Digər mənbələr isə sistem daxilində mühüm rol oynayan qruplar da nəzərə alındıqda bu göstəricinin 6 faizə qədər yüksəldiyini bildirir. Say baxımından azlıq təşkil etmələrinə baxmayaraq, bu icmalar ictimai-siyasi həyatın müxtəlif sahələrində əhəmiyyətli mövqelərə malikdirlər.

Rameş Singh Arora vurğulayıb ki, milli azlıqların siyasi tanınma, dil hüquqları və real inklüzivliklə bağlı tələbləri uzun illərdir cavabsız qalır. Onun sözlərinə görə, mövcud gərginliklərin tarixi kökləri 1944-cü illərə gedib çıxır və həmin dövrdə irəli sürülən yanaşmalar, sonradan qəbul edilən konstitusion mexanizmlər, xüsusilə 1984-cü ildən sonra daha da sərtləşib.

Nazir əlavə edib ki, bu proseslər ayrı-seçkiliyin dərinləşməsinə və icmalar arasında uçurumun genişlənməsinə gətirib çıxarıb. Xristian icmalarının daxili vəziyyəti, beynəlxalq maliyyə institutlarının, o cümlədən Dünya Bankının mövqeyi və xarici aktorların reaksiyaları fonunda bir çox faktlar uzun müddət susqunluqla qarşılanıb. Onun fikrincə, artan siyasi risklər və sosial gərginlik artıq gözardı edilə bilməyəcək həddə çatıb.