Son dəqiqə

Heydər Əliyev Azərbaycan XİN

Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub - XİN

Bakı, TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesablarında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edilib.

TurkicWorld xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bu gün Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan Respublikasının dövlətçiliyinin inkişafında müstəsna rol oynamış, milli maraqlarımızın qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Onun müdrik siyasəti, uzaqgörənliyi və xalqına sonsuz bağlılığı Azərbaycanın inkişaf tarixində silinməz iz qoymuşdur. Ulu Öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik. Allah rəhmət eləsin!"

Mövzuya görə xəbərlər