Azərbaycan və Əlcəzair XİN-ləri arasında geniştərkibli görüş keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan və Əlcəzair XİN-ləri arasında geniştərkibli görüş keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. TurkicWorld:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

XXX

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.