Azərbaycanın Britaniyadakı səfirliyinə radikal dini qruplaşmanın hücumu hərtərəfli araşdırma tələb edir - Qazaxıstan XİN

Azərbaycanın Britaniyadakı səfirliyinə radikal dini qruplaşmanın hücumu hərtərəfli araşdırma tələb edir - Qazaxıstan XİN

Azərbaycanın Britaniyadakı səfirliyinə radikal dini qruplaşmanın hücumu hərtərəfli araşdırma tələb edir.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Ekstremistlərin avqustun 4-də Londondakı Azərbaycan Respublikasının səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik.

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edilir", - deyə XİN-dən bildirilib.

Qeyd edilib ki, Qazaxıstan çətin vəziyyətlərdə qardaş Azərbaycan dövlətinə hər cür dəstəyi verməyə hazırdır.