Azərbaycan və Gürcüstanla birgə regionun simasını dəyişən önəmli layihələr reallaşdırmışıq - Çavuşoğlu

Azərbaycan və Gürcüstanla birgə regionun simasını dəyişən önəmli layihələr reallaşdırmışıq - Çavuşoğlu

Gürcüstan və Azərbaycanla birgə regionumuzun simasını dəyişən önəmli layihələr reallaşdırmışıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyah boru xətti və Cənub Qaz Dəhlizi bu anlayışla həyata keçirildi. Orta Dəhliz başda olmaqla regional kommunikasiyalar üçün önəm daşıyan Bakı-Tbilisi-Qars dəmir yolundan daha səmərəli şəkildə istifadə etmək niyyətindəyik. Qarşıdakı günlərdə bütün bunları dəyərləndirmək üçün Türkiyə, Gürcüstan, Azərbaycan nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirmək istəyirik. Bir müddət əvvəl Bakıda Türkiyə, Azərbaycan və Qazaxıtan xarici işlər və nəqliyyat nazirlərinin iclası keçirildi. Gələn həftə Türkiyə, Azərbaycan və Qazaxıtan xarici işlər, nəqliyyat və enerji nazirlərinin iclasının keçirilməsi nəzərdə tutulur", - deyə o bildirib.