Son dəqiqə

Azərbaycan ABŞ Hikmət Hacıyev Bakı Vaşinqton Prezident Administrasiyası ABŞ Azərbaycan münasibətləri

Hikmət Hacıyev ABŞ dövlət katibinin müavini ilə Ermənistan-Azərbaycan sülh gündəliyin müzakirə edib

BAKI,TurkicWorld

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluq duyuram. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, geniş spektrli məsələləri əhatə etdi. Biz, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq edərək, əsas regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi apardıq", paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər