Son dəqiqə

Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Yaşar Gülər təyyarə qəzası C130 hərbi təyyarəsi

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Mövzuya görə xəbərlər