Rusiya xarici işlər nazirinin müavini Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvada Azərbaycan və Ermənistan ekspertləri ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələlərini, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar perspektivini müzakirə edib.

TurkicWorld bu barədə "Vestnik Kavkaza" nəşrinə istinadən məlumat verir.

Qeyd olunub ki, Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Mosva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun və Rusiya Beynəlxalq İşlər Şurasının yardımı və koordinasiyası ilə Azərbaycan və Ermənistan ekspertlərinin görüşü keçirilib. Görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko iştirak edib. Bakı və İrəvandan olan əlaqələndiricilər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Orbeli Təhlil Mərkəzi olub.

Görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair kompleks məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası problemləri, sülh müqaviləsi üzrə danışıqların perspektivləri, eləcə də humanitar məsələlər və tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə mümkün tədbirlər müzakirə edilib.