...

Türkiyə-İran-Azərbaycan xarici işlər nazirinin növbəti iclası İranda keçiriləcək - Mövlud Çavuşoğlu

Siyasət Digər xəbərlər 28 İyun 2022 10:10
TurkicWorld Daspina Hasanova
Türkiyə-İran-Azərbaycan xarici işlər nazirinin növbəti iclası İranda keçiriləcək - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti iclası İranda keçiriləcək.

TurkicWorld-un məlumatına görə bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

Nazir bildirib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə çalışması lazım olduğunu vurğulayan Çavuşoğlu, iki ölkədən mütəxəssislərin bir araya gələcəyini bildirib.

Nazir əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var və bu əlaqələri hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti