Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib (FOTO)

Bakı. TurkicWorld:

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!".