Azərbaycanla Rusiya arasında təmaslar yüksək səviyyədə daim reallaşdırılır – Lavrov

Azərbaycanla Rusiya arasında təmaslar yüksək səviyyədə daim reallaşdırılır – Lavrov

Bakı. TurkicWorld:

Azərbaycanla Rusiya arasında təmaslar yüksək səviyyədə daim reallaşdırılır.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

"Bu gün Ceyhun Bayramovla əməkdaşlıq barədə məhsuldar danışıqlar keçirdik. Fevralda əməkdaşlığımızın onsuz da yüksək olan səviyyəsi hüquqi cəhətdən rəsmiləşdirildi. Ölkələrimiz arasında təmaslar ən yüksək səviyyədə daim reallaşdırılır. Ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar - rekord səviyyədədir", - deyə o bildirib.