Şuşa Bəyannaməsinin imzalanması iki ölkənin tək millət olmasına zəmanətdir - Professor Selin Şenocak

Şuşa Bəyannaməsinin imzalanması iki ölkənin tək millət olmasına zəmanətdir - Professor Selin Şenocak

Bakı. TurkicWorld:

Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması iki ölkənin tək millət olmasına növbəti zəmanətdir.

Bunu TurkicWorld-a açıqlamasında BMT Mədəniyyətlər və Dialoqu Tədqiqat İnstitutu Elmi Şurasının idarə heyətinin üzvü, professor Selin Şenocak deyib.

S.Şenocak qeyd edib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər nəticəsində Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bu zəmanətin rəmzidir.

“İki ölkənin öz təhlükəsizliyini vahid mərkəzdən təmin etməsi regionda sabit hərbi gücün yaranmasına yol açacaq. Zəfər sadəcə hərbi, yəni “sərt güc”lə deyil, həm də diplomatik - “yumşaq güc” yolu ilə də əldə oluna bilər. Ölkələrin ortaq diplomatik strategiya qurması Şuşa bəyannaməsinin beynəlxalq arenada təsirli olması üçün zəruri şərtdir”, - deyə o bildirib.

Ekspert əlavə edib ki, regionda dörd aydır davam edən və bütün dünyaya iqtisadi və sosial baxımdan təsir edən Rusiya-Ukrayna münaqişəsində Türkiyə ilə Azərbaycan diplomatik yollara baş vurmaqla vasitəçilik rolunu oynaya bilər.

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderlərini bu münaqişəni sonlandıraraq anlaşmaya nail ola bilmələri üçün razılığa gətirə bilər”, - S.Şenocak deyib.