Son dəqiqə

Mikayıl Cabbarov Avropa İttifaqı Ceyhun Bayramov ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh prosesi Azərbaycan-Ermənistan sülh sazişi 2025

Avropa İttifaqının genişlənməsi məsələləri üzrə komissarı Marta Kos Azərbaycana səfər edəcək

BAKI,TurkicWorld

Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.

TurkicWorld Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadiyyat Naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Mövzuya görə xəbərlər