Son dəqiqə

Çin Rəcəb Tayyib Ərdoğan ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan sülh sazişi 2025

Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem yoxdur - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Zəngəzur dəhlizi məsələsində də hər hansı bir problem və ya fikir ayrılığı yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə daha da özünə əmindir. Xüsusilə Amerika səfərindəki o görüş, atılacaq addımlarda müəyyənedici olub

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin səfəri sonrası jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verib.

Ərdoğan, 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı atılan imzaların, Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirdiyini bildirib. O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşlərdə hər iki liderin eyni mövqedə olduğunu gördüyünü söyləyib.

Türkiyə Prezidenti, regionda sülhün bərqərar olması ilə birlikdə quru və dəmir yollarının hərəkətə keçəcəyini, sərhəd qapılarının açılacağını və ticarət başda olmaqla bir çox sahənin müsbət təsir görəcəyini bildirib. Əlavə edib ki, bu prosesdən Türkiyə də faydalanacaq və bölgədə yeni əməkdaşlıq imkanları yaranacaq.

Mövzuya görə xəbərlər