Azərbaycan günəş və külək enerjisindən istifadə üçün nəhəng potensiala malikdir - IRENA baş direktoru

Azərbaycan günəş və külək enerjisindən istifadə üçün nəhəng potensiala malikdir - IRENA baş direktoru

Bakı. TurkicWorld:

Azərbaycan bərpa olunan enerjinin inkişafının yeni səviyyəsinə çıxmağa hazırdır.

Bunu TurkicWorld-ə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera deyib.

"Azərbaycan bundan sonra da bərpa olunan enerji potensialını inkişaf etdirməyə hazırdır. Ölkə bu məsələdən fayda əldə edə bilər. Azərbaycan günəş və külək enerjisindən istifadə üçün nəhəng potensiala malikdir", - deyə o bildirib.

Onun sözlərinə görə, agentlik Azərbaycanın Energetika Nazirliyi və energetika naziri Pərviz Şahbazovla uğurla əməkdaşlıq edir. 2019-cu ilin sonunda birgə əməkdaşlıq strategiyası təqdim olunub.

"Biz yeni layihələr üzərində işləyirik. Bu gün iki iri layihə maliyyələşdirilir, onlardan biri "Masdar", digəri "Equinor"la birgə layihədir. Azərbaycan öz enerji sistemini şaxələndirməyə çalışır və biz bütün mümkün imkanlarla ölkəyə bu işdə kömək göstərməyə davam edəcəyik", - F.La Kamera deyib.

Mövzuya görə xəbərlər