Son dəqiqə

Bakı IRENA COP29

COP29-un ilk həftəsində Bakıda mərkəzləşdirilmiş investisiya forumu keçirəcəyik - IRENA

Bakı. TurkicWorld:

COP29-un ilk həftəsində Bakıda mərkəzləşdirilmiş investisiya forumu keçirəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" sərgilərinin açılış mərasimində deyib.

"Bugünkü böyük əhəmiyyət kəsb edən müzakirələr bizə dayanıqlı enerji gələcəyinə doğru birgə kurs təyin etməyimizə imkan verdi. COP28-in nəticəsi ümumi məsələmizin aktuallığını vurğuladı. 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin gücünün üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə öhdəliklər xalis sıfır emissiyaya gedən yolda iddialı, lakin mühüm mərhələni təmsil edir", - o deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji daha davamlı həldir.

"Lazımi struktur dəyişikliklər məqsədilə bərpa olunan enerji mənbələrinin sürətləndirilmiş tətbiqinin dəstəklənməsinin əsasını üç sütun təşkil edəcək. Birincisi, lazımi infrastrukturun yaradılması və şəbəkələrə investisiyaların yatırılmasıdır.

İkincisi, hədəf investisiyalara imkan yarada biləcək inkişaf edən siyasət tənzimləyici arxitekturanın təşviqidir. Nəhayət, yaratmağa çalışdığımız enerji sisteminin miqyasını və imkanlarını təmin etməyə kömək etmək üçün institusional potensialın strateji olaraq yenidən qurulmasıdır", - deyə IRENA-nın baş direktoru əlavə edib.

Françesko La Kamera, həmçinin, qeyd edib ki, istənilən keçid əhəmiyyətli sosial-iqtisadi faydalara, o cümlədən ümumdaxili məhsulun (ÜDM) artması, iş yerlərinin açılması və rifahın artması, enerji səmərəliliyinə, enerji sisteminə investisiyalara və enerji çevikliyinə səbəb ola bilər ki, bu da iş yerlərinin sayının əhəmiyyətli dərəcədə artması ilə nəticələnə bilər.

"Lakin buna nail olmaq üçün düşüncəmizi enerji təhlükəsizliyinə ənənəvi yanaşmadan daha çoxölçülü yanaşmaya dəyişdirməyimiz tələb olunacaq. Yeni enerji sisteminə keçiddə kommunal xidmətlər sektoru əsas rol oynayacaq", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər