Son dəqiqə

Azərbaycan Türkiyə Milli Məclis Sahibə Qafarova Bakı Türkiyə və Azərbaycan münasibətləri Ankara

Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

BAKI,TurkicWorld

Milli Məclisin sədri Sahibə Qafarova Zəfər Bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib. Azərbaycan parlamentinin spikeri bununla bağlı özünün sosial şəbəkə hesablarında paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Qurtuluş savaşında qazandığı zəfər Türkiyənin zəngin dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi qardaş Türkiyə xalqının milli birliyini və mübarizə əzmini nümayiş etdirmişdir".

Spiker Sahibə Qafarova bayram münasibətilə qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Mövzuya görə xəbərlər