...

Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib (FOTO)

Siyasət Digər xəbərlər 29 May 2022 00:09
TurkicWorld Daspina Hasanova
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib (FOTO)

Bakı. TurkicWorld:

Qarşılaşdığı bütün haqsızlıqlara, qanunsuzluqlara baxmayaraq, qardaşım İlham Əliyevin uğurlu rəhbərliyi ilə diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan, işıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tviter hesabında paylaşıb.

“Müharibədə də, sülhdə də Azərbaycanın yanında olmaqda davam edəcəyik”, - deyə paylaşımda qeyd olunub.

Digər paylaşımda isə deyilir: “TEKNOFEST ailəsi bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atıb. Eyni uğuru Azərbaycanda da qazanacağımıza şübhəm yoxdur. Türk dünyasının ən yeni texnologiyaları istehsal edəcək gənc nəsillərlə çığır açacaq nailiyyətlər geçəkləşdirəcəyinə ürəkdən inanıram”.

Məqalədə:
Xəbərlər

Xəbər lenti