Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Türkiyə Ermənistan Rəcəb Tayyib Ərdoğan Ömər Çelik AK Parti Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan sülh prosesi

Vaşinqton danışıqları qalıcı sülh üçün mühüm mərhələdir - Ömər Çelik

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Ədaət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə dünən Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinə münasibət bildirib.

TurkicWorld-un məlumatına görə, Çelik, bu addımın qalıcı sülh üçün mühüm bir mərhələ olduğunu vurğulayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın imzalayadığı sənədin həm sülhü qalıcı edəcəyini, həm də münaqişədən faydalanan dairələrin istismar imkanlarını aradan qaldıracağını bildirib.

Çelik, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz üçün ortaya qoyduğu sülh vizyonunun gələcəkdə hər kəsin faydasına olacağını bildirib.

Xatırladaq ki, Ərdoğan daha əvvəl Prezident İlham Əliyevlə telefon danışığı aparmışdı. Söhbət zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlər müzakirə edilmişdi. Ərdoğan, Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişin məmnuniyyət doğurduğunu və yaradılacaq qalıcı sülh və sabitliyin bütün bölgənin rifahına töhfə verəcəyini qeyd etmişdi.

Mövzuya görə xəbərlər