Qarabağ Kəlbəcər minatəmizləmə Azərbaycan ordusu Müdafiə Nazirliyi mina mina təhlükəsi mina partlayışı

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

BAKI, TurkicWorld

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər