Ərdoğan və Conson Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

Ərdoğan və Conson Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri və regional hadisələr, o cümlədən Ukrayna ilə Rusiya arasındakı müharibə müzakirə edilib.

R.T.Ərdoğan İsveç və Finlandiyanın PKK/YPG terror təşkilatının nəzarətində olan şəxslər və qondarma strukturlarla əlaqələrinin böyük problem olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Ankara Finlandiya və İsveçin NATO dəyərlərinə dəstək verəcəyinə və Türkiyənin qanuni maraqlarının nəzərə alınacağına əmin olmalıdır.

R.T.Ərdoğan ictimaiyyətinin terrora dəstək verən ölkələrin NATO-ya üzvlük müraciətinə ədalətli reaksiyasına məhəl qoyulmasının yolverilməzliyinə də diqqət çəkib.