...

"Xarıbülbül" beynəlxalq festivalı mədəniyyətimizdə mühüm səhifə və böyük töhfədir - Polad Bülbüloğlu

Siyasət Digər xəbərlər 13 May 2022 18:13
TurkicWorld Daspina Hasanova
"Xarıbülbül" beynəlxalq festivalı mədəniyyətimizdə mühüm səhifə və böyük töhfədir - Polad Bülbüloğlu

Şuşa. TurkicWorld:

"Xarıbülbül" Beynəlxalq Folklor Festivalı kimi gözəl bayram mədəniyyətimizdə mühüm səhifə və böyük töhfədir, biz bu tarixi qorumalıyıq.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının ikinci günü çərçivəsində konsert proqramından sonra deyib.

"Xoşbəxtəm ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə bitən kimi Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və burada "Xarıbülbül" beynəlxalq festivalının keçiriləcəyini bildirdi", - P.Bülbüloğlu deyib.

O xatırladıb ki, ötən dördüncü "Xarıbülbül" festivalı böyük uğurla keçirilib.

"Xoşbəxtəm ki, bu gün Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilir. İnanıram ki, bundan sonra festival hər il keçiriləcək. İldən-ilə qonaqların sayı artacaq, çoğrafiyası isə genişlənəcək", - deyə o bildirib.

Qeyd edək ki, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışı olub. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Məqalədə:
Xəbərlər

Xəbər lenti