...

Ceyhun Bayramov Ermənistanın təkliflərinə münasibət bildirib

Siyasət Digər xəbərlər 10 May 2022 12:13
TurkicWorld Daspina Hasanova
Ceyhun Bayramov Ermənistanın təkliflərinə münasibət bildirib

Bakı. TurkicWorld:

Azərbaycanın mövqeyini bilirsiniz və Azərbaycan təməl prinsiplərini bəyan edib. Azərbaycan o təməl prinsipləri əsasında danışıqları davam etdirməyə və sülh müqaviləsi üzərində işləməyə hazırlığını bildirib.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

C.Bayramov bildirib ki, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi, Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər.

“Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin təqdim etdiyi sənəd Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti