Son dəqiqə

Azərbaycan Ceyhun Bayramov Gürcüstan İliya Darçiaşvili

Azərbaycanla Gürcüstan arasında möhkəm dostluq əlaqələri var - Nazir

Bakı. TurkicWorld:

İliya Darçiaşvilinin Gürcüstan xarici işlər naziri təyin olunmasından sonra ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında olan strateji tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndiririk və yüksək dəyərləndiririk.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə brifinqdə deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan arasında tarixi möhkəm dostluq əlaqələri mövcuddur. “Azərbaycan və Gürcüstan mehriban qonşuluq və əməkdaşlıq siyasəti yürüdür, münasibətlərimiz bir çox sahələrdə inkişaf edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”, - C.Bayramov vurğulayıb.

Mövzuya görə xəbərlər