Ərdoğan BMT-nin baş katibi Ukraynadakı vəziyyəti müzakirə edib

Ərdoğan BMT-nin baş katibi Ukraynadakı vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.

Türkiyə lideri Ukrayna ilə bağlı İstanbul prosesinə dəstəyin vacibliyini qeyd edərək, tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması səylərinin Türkiyənin təşəbbüsünü tamamlayacağını bildirib.