Paşinyan Qarabağ müharibəsində Ermənistanın itkilərini etiraf etdi

Paşinyan Qarabağ müharibəsində Ermənistanın itkilərini etiraf etdi

Bakı. TurkicWorld:

2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən 3 825 nəfər həlak olub.

turkicWorld-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı etiraf edib.

"Bugünkü gün üçün müharibədə həlak olanların sayı 3 825 nəfər təşkil edib", - baş nazir deyib.

N.Paşinyan həmçinin çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan qısa müddətdə ərzində sülh sazişini imzalamalıdır.

Qeyd edək ki, hərbi ekspertlər və mətbuat Ermənistanın İkinci Qarabağ müharibəsində itkilərinin daha çox olduğunu bildirirlər.