Son dəqiqə

Azərbaycan Milli Məclis İƏT Yalçın Rəfiyev

Azərbaycan 2026-cı ildə iki Zirvə Görüşünə ev sahibliyi edəcək

BAKI, TurkicWorld

2026-cı ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi və növbəti 2 il ərzində bu quruma sədrlik edəcək.

TurkicWorld xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan növbəti il Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə də ev sahibliyi edəcək.

Mövzuya görə xəbərlər