Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir - İtaliya XİN rəhbəri

Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir - İtaliya XİN rəhbəri

Bakı. TurkicWorld:

Eenerji resurslarının şaxələndirilməsi zərurəti yaranıb. İtaliyanın enerji təhlükəsizliyini təmin etmək planları var. Bu gün Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir.

TurkicWorld-un məlumatına görə, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, iki ölkə arasında təkcə enerji sahəsində deyil, digər iqtisadi sahələrdə də yüksək səviyyəli əməkdaşlıq var.