İtaliyada Azərbaycan mədəniyyət mərkəzinin açılması planlaşdırılır

İtaliyada Azərbaycan mədəniyyət mərkəzinin açılması planlaşdırılır

Bakı. TurkicWorld:

İtaliyada Azərbaycan mədəniyyət mərkəzinin açılması planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahsində də yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Nazir bildirib ki, Heydər Əliyev Fondu tərəfindən bu sahədə aparılan işlər xüsusi qeyd edilməlidir.

"İtaliya şirkətlərinin mədəni abidələrin bərpası sahəsində böyük təcrübəsi var və bu istiqamətdə əməkdaşlıq müzakirə edilib",- C.Bayramov qeyd edib.