Azərbaycan-İtaliya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib - Nazir

Azərbaycan-İtaliya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib - Nazir

Bakı. TurkicWorld:

2022-ci il Azərbaycan-İtaliya münasibətlərinin təsis edilməsinin 30 illiyini qeyd edirik. 2020-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyanat xüsusi önəm kəsb edir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan-İtaliya arasında münasibətlər strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.