Azərbaycanla İtaliya arasında sənəd imzalanıb (VİDEO)

Azərbaycanla İtaliya arasında sənəd imzalanıb (VİDEO)

Bakı. TurkicWorld:

Azərbaycan ve İtaliya arasında ilk strateji dialoq haqqında protokol imzalanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində bildirib.

Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio imzalayıblar.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib.