Avropa İttifaqı ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir - Ceyhun Bayramov

Avropa İttifaqı ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Z.Rau ilə bugünkü görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq geniş müzakirə predmeti olub.

“Aİ ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir. Polşa qurumun üzvü olaraq Aİ-Azərbaycan əməkdaşlığına töhfə verir”, - deyə nazir əlavə edib.